330x110
 

Postpandemiya dövründə sığorta bazarının artım tempi davam edəcək – Ekspert

02.06.2021,10:38


2 iyun, Fineko/abc.az. Daşınar əmlakın könüllü sığortası 2021-ci ilin 4 aylıq nəticələri sığorta bazarının böyüdüyünü göstərdi. Sığorta yığımları 339 mln manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27.8 mln manat çoxdur. Artım əsasən həyatın yaşam sığortası, daşınmaz əmlakın icbari sığortası, istehsalatda bəxbəxt hadisələrdən sığorta növləri üzrə olub.

Bunu ABC.AZ-a sığorta bazarındakı vəziyyəti şərh edən ekspert Kamran Babayev bildirib.

O maraqlı məqam kimi əmlakın könüllü sığortası üzrə sığorta yığımlarının artmasını qeyd edib.

Onun sözlərinə görə, könüllü sığorta növlərində artım sığorta bazarının inkişafında ciddi məqamdır.

"İcbari sığorta növlərini vətəndaşların bir hissəsi sığortanın əhəmiyyətini bildiyinə görə əldə edirsə, digər hissəsi cərimə olunmamaq üçün edir. Amma könüllü sığorta növləri üzrə sığortalanmaq yalnız vətəndaşın öz istəyindən asılıdır. Artıq biz yavaş-yavaş postpandemiya dövrünə daxil oluruq və düşünürəm ki, sığorta bazarının artım tempi davam edəcək. Digər tərəfdən sığorta ödənişlərinin də artmasını müşahidə edirik. Bu artım əsasən icbari sığortalar və həyat sığortası üzrə olub. Səbəblər fərqlidir. Nəzərə almaq lazımdır ki, artıq vətəndaşlar da öz hüquqlarını bilirlər və tələb edirlər. Bazarın böyüməsində əlbəttə ki maariflənmə işlərinin böyük rolu oldu. Maariflənmə işləri davam etdirilməlidir, sığorta şirkətləri yüksək xidmət göstərməlidir ki, sığorta bazarı böyüməkdə davam etsin", - deyə Kamran Babayev qeyd edib.

Müəllif: Elmir Murad