Neftin bahalaşmasına millət vəkilindən maraqlı yanaşma – Valyutamız artacaq

12:02 - 2.06.2021


2 iyun, Fineko/abc.sz. Xəbər verdiyimiz kimi Azərbaycanda Aİ 95 benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olub. Eyni zamanda dünya bazarlarında neftin qiyməti də artıb. ABC.AZ-ın məlumatına görə, buarada millət vəkili Vüqar Bayramov nefftin qiymətinin 70 dollarlıq psixoloji həddi keçdiyini açılqayaraq məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. "Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir. Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir", - deyə V.Bayramov bildirib. Müəllif: Elmir Murad
Bütün xəbərlər