Azərbaycanla Misir arasında memorondum imzalandı - Turlar təşkil olunacaq

16:07 - 2.06.2021


2 iyun, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, "Türk hava Yolları" və "Piramida Travel" şirkətlərinin təşkilati dəstəyi ilə Misirə infotur təşkil olunub.

Azərbaycan Turizm Assosiasiyasının ABC.AZ-a bildirilib ki, 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək olub.

Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaq.

 

Bütün xəbərlər