330x110
 

Daşınmaz əmlakla bağlı daha bir elektron xidmət yaradılıb

02.06.2021,17:03


2 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verib.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.

Daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi Dövlət Xidmətinin prioritetlərdəndir və yeni xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.