“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası

17:39 - 15.03.2018


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”,  “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir.

Bu dəfə “Bakcell”in “Ulduzum” abunəçiləri “Megafun” Əyləncə Mərkəzində təklif olunan  oyunlara 25% endirim əldə etmək fürsəti qazanıblar. Belə ki, mart ayının 12-dən etibarən “Megafun”da istifadə edilən karta 20 AZN yükləyən hər bir “Ulduzum” istifadəçisi  oyun və attraksionların qiymətlərinə 25% endirim əldə edəcəkdir. Qeyd edək ki, bu kampaniya çərçivəsində təklif olunan endirim yalnız böyük boulinq və “PlayStation” oyun zonalarına şamil edilmir.

2.7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Qeyd edək ki, “Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur.

Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından  yükləmək olar.