330x110
 

Makron İlham Əliyevə məktub ünvanladı

03.06.2021,11:22


3 iyun, Fineko/abc.az. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

ABC.AZ xəbər verir ki, Makron məktubda Azərbaycanın milli bayramı münasibətilə dövlət başçısına və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularını çatdırıb.

"Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz" deyə məktubda qeyd olunub.