330x110
 

Azərbaycanda girov obyekti olan əmlakın sığortalanması üzrə tarifləri azaltmaq təklif olunur

15.03.2018,17:54


15 mart, Fineko/abc.az. İpoteka və Kredit-Zəmanət Fondu girov obyekti olan ipoteka əmlakına tarifləri azaltmağı təklif edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata əsasən, Fond, girov obyekti olan əmlakın zərər və ya məhv olma risklərinə qarşı təminatın sığortalanması üçün tarifləri azaltmağı təklif edir.

“Bununla bağlı, ipoteka kreditləri üzrə işçi qrupunun növbəti iclası keçirilimişdir. İclasda həyat sığortası üzrə şirkətlərin nümayəndələri iştirak etmişdirlər. İclas iştirakçıları, İpoteka və Kredit-İpoteka fondunun nümayəndələri ilə bu məsələnin müzakirəsinin zəruriliyini və təyin edilmiş tariflərə dəyişikliklər tətbiq etməməyin məqsədəuyğunluğunu vurğuladılar”, - məlumatda belə deyilir.