Yavaş-yavaş bank sistemi özünə gəlir – Ekspert

10:13 - 4.06.2021


4 iyun, Fineko/abc.az. İlin əvvəlindən sərt karantin rejimi aradan qaldırılıb və bütün biznes sahələri yavaş-yavaş özünə gəlir.

Bu səbəbdən bir neçə bankın filiallar açması başa düşüləndir.

Bunu ABC.AZ-a bank sektorundakı vəziyyəti şərh edən ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, ötən il ərzində bankların filiallarının həddən artıq azalması indi bir neçə bankın filial açan zaman nəzərə çarpacaq qədər hiss edilir:

“Əslində bunu belə qəbul etmək olar ki, artıq yavaş-yavaş bank sistemi özünə gəlir. Bir nüans da var ki, bank sektorunda bəzi qüdrətli, güclü banklar zəiflərin aradan çıxmasından istifadə edir. Amma hər bir halda filialların artması, az da olsa yeni filialların açılması sektor üçün dinamikadır, bank sisteminin inkişafıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər