Dövlət sahibkarlara 1 milyard manatlıq dəstək verib - Nazir

12:01 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Bakıda İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı keçirilib.

ABC.AZ-ın məlumatına görə, açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bir sıra məqamlara toxunub.

Nazir qeyd edib ki, koronavirus (COVID-19) pandemiyası dövründə dövlət sahibkarlara 1 milyard manatlıq dəstək verib:

“Təsadüfi deyil ki, son 2 ildə yaradılmış bir sıra fondlara özəl sektorun köçürmələri üstünlük təşkil edir. Bu da biznesin sosial məsuliyyətinin inkişafının bariz göstəricisidir. Onu da deyim ki, ölkədə qeyri-formal fəaliyyət göstərən sahibkarlar formal fəaliyyətə keçməyə başlayır".

 

Bütün xəbərlər