Bu BOKT istiqraz buraxır - Qaydalar

15:08 - 4.06.2021


4 iyun, Fineko/abc.az. "Embafinans" Bank Olmayan Kredit Təşkilatı (BOKT “Embafinans” QSC) 1,5 milyon manatlıq istiqraz buraxır.

ABC.AZ xəbər verir ki, bu emissiya hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlardan ibarətdir. 

İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 10.5%-dir. İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 təqvim ilidir. İstiqrazlarüzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir.

İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 (bir) təqvim ili sonra həyata keçiriləcəkdir. 

 

Bütün xəbərlər