Azərbaycanda "Pfizer” vaksinin tətbiqinə başlanır - Gələn həftədən

15:23 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, birgə məlumatda qeyd olunub ki, iyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar "Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Bu vətəndaşlarımızın seçim imkanlarını daha da artırır. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Parlament Prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasında başlanacaq. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

 

Bütün xəbərlər