Qazaxın içməli su və kanalizasiya sistemləri yenilənir

16:31 - 4.06.2021


4 iyun, Fineko/abc.az. “Azərsu” ASC Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşdırmaq üzrədir.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.

Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 km quyulararası su xətləri inşa edilib. İnşası nəzərdə tutulan 115 km paylayıcı su şəbəkəsinin 111 km-lik hissəsi tikilib. 6500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Layihə çərçivəsində 45 min sakin faydalanacaq.

Bundan əlavə, Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.

 

Bütün xəbərlər