Bir gündə 47 mindən çox vaksin vurulub

17:12 - 4.06.2021


4 iyun, Fineko/abc.az. İyunun 4-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 47 637 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdam ABC.AZ-a bildirilib ki, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 266, ikinci mərhələ üzrə isə 5371 nəfər olub.

İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 465 719-dur. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 540 259, ikinci mərhələ üzrə 925 460 nəfər təşkil edir.

 

Bütün xəbərlər