Agentlik enerji içkiləri ilə bağlı monitorinq aparıb

17:31 - 4.06.2021


4 iyun, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ABC.AZ-a daxil olan məlumata görə, AQTA tərəfindən bu yaxınlarda müxtəlif regionlarda çeşidli enerji içki markalarından nümunələr götürülərək monitorinqə cəlb edilib.

Qeyd olunub ki, bir sıra enerji içkilərində kofeinin miqdarı 15-dən aşağı olduğuna görə, artıq enerji içkisi yox, adi sərinləşdirici içkidir.

Amma bir sıra hallarda, o cümlədən markalanma ilə bağlı məsələlərdə istehlakçıların aldadılması hallarına da rast gəlmişik. Bəzən məhsulun qablaşdırılmasında kofein bəyan edilir, digər maddələr məqsədli şəkildə bəyan edilmir, çünki digər maddələr də bəyan edilsə, o, artıq enerji içkisi sayılacaq.

 

Bütün xəbərlər