Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları azalıb - Hesabat

11:19 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 662 milyon 22 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,75% artaraq 453 milyon 292 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8 % azalaraq 1 milyard 129 milyon 482 min manat, aksizlər üzrə daxilolmalar 14% artaraq 62 milyon 148 min manat, yol vergisi üzrə daxilolmalar isə 8,85 % artaraq 17,1 milyon manat olub.

 

Bütün xəbərlər