330x110
 

Beş ayda Gürcüstana bu qədər Azərbaycan vətəndaşı səyahət edib

07.06.2021,12:25


7 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Gürcüstana Azərbaycandan 22 305 nəfər səfər edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 245 711 nəfər və yaxud 91,7 % azdır.İlk 5 ayda Azərbaycan Gürcüstana səfər edənlərin sayı baxımından Türkiyə, Ermənistan və Rusiyadan sonra IV yeri tutub.

Təkcə may ayında qonşu ölkə Azərbaycandan 5 704 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 2 428 nəfər və yaxud 74,1 % çoxdur.

Yanvar-mayda qonşu ölkəyə səfərə yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 329 825 nəfər (-76,6 %) təşkil edib.