İsrail bu rayonumuza sərmayə qoyacaq – Səfirdən açıqlama

14:07 - 7.06.2021


7 iyun, Fineko/abc.az. İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunda “Smart City” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrdən danışıb.

ABC.AZ xəbər verir ki, diplomat tvitterdə səfərdə olduğu Zəngilan rayonundan videomüraciət paylaşıb.

Onun sözlərinə görə, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan müəssisə yaradılacaq.

“Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Məhz burada Azərbaycan – İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə – ilk olaraq ağıllı şəhər yaradılacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə təsis olunacaq. Sonra məhsullar yaxındakı İtaliya zavoduna veriləcək. İtaliya zavodu isə pendir və digər süd məhsulları istehsal edəcək”, - səfir bildirib.

 

Bütün xəbərlər