330x110
 

Bakı Şəhəri İcra Hakimiyyəti 6 milyonluq müqavilə imzaladı

07.06.2021,14:33


7 iyun, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "Mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi" üzrə keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "LPRS 777" MMC-dir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” qalib şirkət ilə məbləği 6 milyon 273 min 470 manat olan müqavilə imzalayıb.