Dünya nəhəngi şirkət cərimələndi – Böyük məbləğ

15:49 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Fransanın Antiinhisar Orqanı qlobal texnologiya nəhəngi Google şirkətini 220 milyon avro (267 milyon dollar) cərimələyib.

ABC.AZ xəbər verir ki, buna səbəb kimi Google-un onlayn reklam bazarındakı hökmran mövqeyindən sui-istifadə etməsi göstərilib.

Həmçinin Google-un əksər şirkətləri öz xidmətlərinə yönəltdiyi və haqsız rəqabət apardığı bildirilib.

Amerikan transmilli media holdinqi Şikayəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, Google vebsayt rəhbərlərinə və tətbiqi proqramçılara özlərinin reklam yerlərini satmağa imkan verən DFP (Double-click for Publishers) reklam serverinə daha imtiyazlı şərait yaradıb.

 

Bütün xəbərlər