330x110
 

Səhiyyə işçiləri də icbari tibbi sığorta haqqı ödəyəcək – Qərar

07.06.2021,16:19


7 iyun, Fineko/abc.az. Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib.

ABC.AZ-ın məlumatıa görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydanın 3.4-cü bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.