Bakı Fond Birjası hesabat yaydı – Bəzi göstəricilərdə artım var

16:43 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 871,1 milyon manat təşkil edib.

BFB-dən ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,6 dəfə artaraq 4 559 olub.

BFB-nin dövriyyəsinin 64,8%-i, yaxud 4 450,7 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb.

Bu, illik müqayisədə 2 dəfə çoxdur.

 

Bütün xəbərlər