"Bakı Fond Birjası"nda qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri azalıb

16:57 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bakı Fond Birjası" QSC bu ilin yanvar-may aylarında bir sıra göstəricilər üzrə artım qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, hesabat dövründə bununla yanaşı bəzi göstəricilər üzrə azalamalar baş verib.

Sözügedən dövrdə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 6,6 dəfə azalıb və 144,647 milyon manat təşkil edib.

Repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 2 275,7 milyon manat olub.

 

Bütün xəbərlər