330x110
 

Müharibədə ölən ermənilərin sayı artacaq - Paşinyandan proqnoz

08.06.2021,11:33


8 iyun, Fineko/abc.az. Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı tərəfdarları ilə görüşündə 44 günlük müharibədəki itkilərdən danışıb.

ABC.AZ xəbər verir ki, N.Paşinyan müharibədə ölənlərin rəsmi sayına toxunaraq onların artacağını istisna etməyib:

“Hazırda müharibədə ölənlərin rəsmi təsdiqlənən sayı 3700 nəfərdir. Bu rəqəm 4 minədək yüksələ bilər. Düşünürük ki, bu rəqəm 4 min nəfərə çatacaq”.