Azərbaycan Gürcüstandan bu məhsulun ixracını artırıb

12:03 - 8.06.2021


8 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Gürcüstan 55 ölkəyə 36,4 milyon şüşə şərab ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Şərab Agentliyindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 15 % artıb, İxracdan əldə olunan gəlir isə illik müqayisədə 8 % artaraq 82,4 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 115 247 şüşə şərab alıb ki, bu da ötən ilin eyni göstəricisindən 41 % çoxdur.

 

Bütün xəbərlər