4 dövlət əmlakı özəlləşdiriləcək

17:26 - 8.06.2021


8 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün təşkil etdiyi növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

ABC.AZ xəbər verir ki, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir.

Hərracda Şirvan şəhərindəki "Əli Bayramlı Aqrotəmir" ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

 

Bütün xəbərlər