Neft bahalaşır, “Brent” barrel başına $72,60 təkilf edilir

10:18 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Keçən həftə ABŞ neft ehtiyatlarının azalması ilə bağlı ABŞ Neft İnstitutunun (API) məlumatlarına əsasən neftin etalon markalarının qiymətləri çərşənbə günü artmaqdadır.

API bildirir ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 2,1 milyon barrel azalıb.

Saat 9:32-də London ICE Futures birjasında baş tutmuş hərracda Brent neftinin avqust fyuçersi $0,38 (0,53%), barel başına $72,60 qədər yüksəldi. İyunun 8 - də baş tutmuş hərracların nəticələrinə görə, avqust ayına Brentin fyuçers $0,73 (1,02%) - barel başına $72,22-ə qədər artıb.

Saat 9:32-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin qiyməti $0,36 (0,51%) – barrel başına $70,41-ə qədər yüksəlib. İyunun 8 – də baş tutmuş hərracların nəticələrinə görə, iyul ayı üzrə WTI -nin fyuçersinin qiyməti $0,82 (1,19%) artaraq barel başına $70,05-dək yüksəlib.

ABŞ Enerji Nazirliyinin ölkədə neft ehtiyatları haqqında həftəlik hesabatı çərşənbə günü nəşr olunacaq.

S&P Global Platts analitikləri ABŞ Enerji Nazirliyinin məlumatlarının 4,1 milyon barel neft ehtiyatlarının azaldılmasını göstərəcəyini gözləyir.

 

Bütün xəbərlər