Dünya nəhəngi 19 mağazasını bağlayır

14:48 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Məşhur "Gap Inc" şirkəti İngiltərə və İrlandiyadakı 19 mağazasını bağlayacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şirkətin mağazaları bağlamasının hələlik səbəbi bilinmir.

Gap şirkəti yeni strategiya çərçivəsində bu mağazaların kirayə müqavilələrini uzatmayacağını açıqlayıb.

Qeyd edək ki, 19 mağazanın bağlanılmasından sonra Gap, İngiltərə və İrlandiyada 50 mağaza ilə fəaliyyətinə davam edəcək.

 

Bütün xəbərlər