330x110
 

Krasnodar-Bakı aviareysi açılır - Bu həftədən uçuşlar başlayır

09.06.2021,15:52


9 iyun, Fineko/abc.az. Rusiyanın iki aviaşirkəti Krasnodar-Bakı aviareysi üzrə birbaşa uçuşlar yerinə yetirəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan  verilən məlumata görə, iyunun 11-dən etibarən "Nordwind Airlines" şirkəti, iyunun 16-dan etibarən isə "Ikar Airlines" şirkəti  Krasnodar-Bakı-Krasnodar marşrutu üzrə uçuşlara başlayacaq.

Hər iki şirkət sözügedən aviareys üzrə həftədə bir uçuş yerinə yetirəcək. "Nordwind" həftənin cümə günləri, "Ikar" isə çərşənbə günləri uçacaq.

Qeyd edək ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.