Albaniya məhdudiyyətləri aradan qaldırdı

15:52 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Albaniya hökuməti ölkəyə gələn əcnəbi turistlər üçün koronavirusla bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

ABC.AZ-ın məlumatına görə, Albaniyaya səfər etmək üçün PCR-test, anticisim testi, vaksin pasportu və ya pandemiya ilə əlaqəli hər hansı sənəd tələb olunmuyacaq.

Adıçəkilən ölkəyə daxil olduqdan sonra 14 günlük karantin tələbi də ləğv edilib.

Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əcnəbi turistlərdən yalnız hava limanında bir-birindən 1,5 metr aralı dayanmaq xahiş olunur.

 

Bütün xəbərlər