Bakıda 3 milyon manatdan çox pula hotel satılır

16:36 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Bakının mərkəzi küçələrindən birində hazir 2 obyekt satışa çıxrılıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə ölkənin əmlak satışı ilə məşğul olan saytlarının birində elan yerləşdirilib.

Məlumata görə, ümumi sahəsi 435 m2 olan obyektlər hazırda icarədədirlər. Elana əsasən, obyektlərin hər bir şəraitləri var.

Kupçalı obyektdə istixana da mövcuddur.

Belə ki, obyektlərdən biri hotel, digəri isə klinikadır. Hotelin oz mətbəxi və yeməkxanası var.

Hotel və klinika şəhərin tam mərkəzində - Nizami (Tarqovı) küçəsinin sonunda yerləşir və bir çox bizneslərə uyğundur.

Hər iki obyektin qiyməti isə 3 milyon 850 min manatdır.

 

Bütün xəbərlər