Yoluxma sayı kəskin azaldı - Statistika

16:51 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 68 yoluxma halı qeydə alınıb. Ötən gün isə yolxuma halı 102 olub.

ABC.AZ-a Nazirlər Kabineti yanında operativ qərargahdan xəbər verdilər ki, son sutka ərzində 239 nəfər müalicə olunaraq evə buraxılıb. Koronavirusdan sağalanların ümumi sayı 327 626 nəfərə çatıb.

Sutka ərzində koronavirus diaqnozu ilə bir nəfər vəfat edib.

Bildirilir ki, Azərbaycanda COVİD-19 ölümlərinin ümumi sayı 4 948-ə çatıb.

Bütün xəbərlər