Neft ucuzlaşıb, Brent barrel başına $71,79 təşkil etdi

10:21 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Etalon markalarının qiymətləri cümə axşamı ticarətində azalır.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə neft ehtiyatları 5,24 milyon barel azalaraq - 474,03 milyon barel təşkil edib, benzin ehtiyatları 7,05 milyon barel artaraq 241,03 milyon barel, distillatlar 4,41 milyon barel artaraq 137,21 milyon barel təşkil edib.

Saat 9:13-də, London ICE Futures birjasında baş tutan ticarətdə, Brent neftinin avqust fyuçersləri barrel başına $0,43 (0,60%) – $71,79 səviyyəsinə düşdü. 9 iyun ticarətin nəticələrinə görə, Brent neftinin avqust fyuçersinin qiyməti dəyişməyib - barel başına $72,22 təşkil etdi.

Saat 9:13-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən hərracda WTI-nin iyul fyuçersinin qiyməti 0,40 (0,57%) - barel başına $69,56-a düşüb. İyunun 9-da hərracın nəticələrinə görə, iyul ayı üçün WTI– nin fyuçers qiyməti bir barelə $0,09 (0,13%) - $69,96-a düşüb.

 

Bütün xəbərlər