330x110
 

Azərbaycan - İran sərhədindəki Astaraçayın üzərində yeni körpü tikiləcək

10.06.2021,10:32


10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüş zamanı Məhəmməd Eslami Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.