Bu gündən ölkədə məscidlər açılır

10:45 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Bu gündən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.

Bu barədə ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 26-da qəbul etdiyi qərara əsasən xəbər verir.

Qeyd olunur ki, məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr olmalıdır.

Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz bitdikdən sonra məscidi tərk etməlidirlər.

 

Bütün xəbərlər