DSMF tender elan edir

12:20 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınması üçün tender elan edir.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, sənədlər 19.07.2021, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə - 29.07.2021 tarixinədək qəbul olunur. Tenderdə iştirak haqqı 300 manatdır.

Telefon: (994 12) 5302903

Əlaqələndirici şəxs: Cavid Şeydayev

Bütün xəbərlər