330x110
 

Azərbaycana daha 40 min doza vaksin gətirildi

10.06.2021,14:11


10 iyun, Fineko/abc.az. Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib.

Səhiyyə Nazirliyindən ABC.AZ-a bildirilib ki, Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək.