Neft ucuzlaşır, Brent barel başına $72,20 təşkil edir

09:52 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə günü ticarətində azalır.

Saat 9:29-da London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin avqust fyuçersi $0,32 (0,44%), barel başına $72,20 qədər ucuzlaşıb. İyunun 10-da keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,30 (0,42%) artaraq $72,52 təşkil edib.

Saat 9:29-da Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin iyul fyuçersinin qiyməti $0,30 (0,43%) - barrel başına $69,99-a düşüb. İyunun 10-da hərracların nəticələrinə görə, iyul ayı üçün WTI-nin fyuçers qiyməti $0,33 (0,47%) artaraq barelə görə $70,29-a qədər yüksəlib.

 

Bütün xəbərlər