330x110
 

İsrail xəz dəri satışını qadağan etdi

11.06.2021,10:47


11 iyun, Fineko/abc.az. İsrail ilk dəfə dünyada xəzin satışını qadağan edib.

ABC.AZ xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" nəşri yazıb.

Bunu İsrailin ətraf mühitin mühafizəsi naziri Gila Qamliel bildirib və qeyd edib ki, xəz sənayesi dünyada yüz milyonlarla heyvanın həlak olmasına səbəb olur.

Nazir bununla bağlı qanunvericiliyə müvafiq düzəlişləri imzalayıb, dəyişikliklər yarım il sonra qüvvəyə minəcək.

Müəllif: Elmir Murad