Vergi ilə bağlı sənədləri yeni ünvana göndərin - Xidmətdən açıqlama

12:16 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin aparatı mayın 29-da İqtisadiyyat Nazirliyinin Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində istifadəyə verilmiş yeni inzibati binasına köçüb.

ABC.AZ xəbər verir ki, bu barədə Xidmətin açıqlamasında bildirilir.

"Aparata kağız daşıyıcıda təqdim etməli olduğunuz sənədləri (müraciətləri) yeni inzibati binaya göndərməyiniz xahiş olunur", - deyə qurum bəyan edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər