İlham Əliyev Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb

14:05 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.

ABC.AZ xəbər verir ki, məktubda Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdiyi qeyd olunub.

Onun xatirəsi qəlbimizdə daim yaşayacaq deyə məktubda bildirilir.

 

Bütün xəbərlər