330x110
 

Metrolarda iş saatı artırıldı - Gecə 2-yə kimi işləyəcək

11.06.2021,14:35


11 iyun, Fineko/abc.az. Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərə gecə saat 2-yə kimi xidmət edəcək.

“Bakı Metropoliteni” QSC-dən ABC.AZ-a verilən məlumata görə, iş saatının artırılması Futbol üzrə UEFA Avropa çempionatının (AVRO-2020) final mərhələsinin oyunları ilə əlaqədardır.

Belə ki, Birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.

Müəllif: Elmir Murad