330x110
 

Azərbaycanda orta aylıq nominal əməkhaqqı azalıb - 2 faizə yaxın

11.06.2021,15:11


11 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 722,3 manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, hazırki maaş əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalıb. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olmuşdu.

Müəllif: Elmir Murad