330x110
 

Şəhərlərarası avtobuslar həftəsonu da işləyəcək

11.06.2021,16:21


11 iyun, Fineko/abc.az. Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları sərnişinlərin xidmətində olacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, bunun üçün sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunmur.

”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər” deyə məlumatda qeyd olunub.