İlham Əliyev Putinə məktub göndərdi

16:33 - 11.06.2021


11 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

ABC.AZ xəbər verir ki, məktubda dövlət bayramı - Rusiya Günü münasibətilə Putin və bütün rus xalqı təbrik edilir.

"Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir" deyə məktubda qeyd olunub.

 

Bütün xəbərlər