330x110
 

Qanunsuz 10 kəsim yeri aşkarlanıb

11.06.2021,17:01


11 iyun, Fineko/abc.az. Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, ə 2021-ci il 7-10 iyun tarixlərində Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.