330x110
 

Son zəng” tədbirləri belə keçiriləcək - Detallar

14.06.2021,10:55


14 iyun, Fineko/abc.az. “Son zəng” tədbirlərinin mövcud qaydalara uyğun keçirilməsi üçün məktəblərə əvvəlcədən təlimatlar göndərilib.

ABC.AZ-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, BŞTİ-nin bütün əməkdaşları məktəblərə nəzarət etmək üçün təhkim olunublar.

"Bu tədbirlərin qaydalara uyğun keçirilməsinə məktəb rəhbərliyi cavabdehdir. Eyni zamanda, yerli polis orqanları və “Məktəblinin dostu” da tədbirlərə riayət olunmasına dəstəkdirlər” deyə M.Vəliyeva bildirib.

Müəllif: Elmir Murad