Kart fırıldaqçılığı təhdidi sosial önəm daşıyır - Azərbaycanda yeni sənəd

11:31 - 14.06.2021


14 iyun, Fineko/abc.az. Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə yeni  "Ağ Sənəd"i təqdim edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sənəddə bir sıra vacib və maraqlı məqamlar yer alıb.

Sənəddə qeyd olunub ki, hazırda kart fırıldaqçılığı, ödəmə kartları ilə icazəsiz əməliyyatlar və digər şübhəli kart əməliyyatları mərkəzləşdirilmiş monitorinqlə tənzimlənmir.

Sənəddə qeyd olunub ki, bu səbəbdən bazarda kart fırıldaqçılığı halları ilə bağlı rəsmi statistika olmamaqla yanaşı, banklar və digər bazar iştirakçıları üçün müvafiq məlumatların bildirilməsi, kart fırıldaqçılığı hallarının qarşısının alınması səylərinin koordinasiyası və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üçün mərkəzi platforma yoxdur. Qeyd edilir ki, kart sahiblərinin sayı milyonlarla olduğundan kart fırıldaqçılığı təhdidi sosial önəm daşıyır.

 

Bütün xəbərlər