Sığorta şirkəti BOKT-un istiqrazlarını alıb

11:36 - 14.06.2021


14 iyun, Fineko/abc.az. “Bakı Sığorta” ASC “Asel Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarını alıb.

ABC.AZ-ın Renkinq-ə istinadən məlumatına görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq istiqrazdan gedir.

Qiymətli kağızların tədavül müddəti 2 il, illik gəlirliliyi isə 12%-dir. Faizlər aylıq ödəniləcək.

 

Bütün xəbərlər