330x110
 

Azərbaycanlılar Türkiyədə 8-ci ən çox mənzil alandılar - Hesabat

14.06.2021,12:24


14 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədə 429 mənzil alıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsinin hesabatında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 361 mənzil almışdılar. Azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77, martda 106, apreldə 131, mayda 47 mənzil alıblar.

Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35 və 42 mənzil olmuşdu.

Qeyd edək ki, azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.