Türk lirəsi dollar qarşısında möhkəmlənməyə başlayıb

12:31 - 14.06.2021


14 iyun, Fineko/abc.az. Türk lirəsi Ərdoğan-Bayden görüşü öncəsi anidən dollara qarşı güclənməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Türk lirəsi (TL), keçən həftə dollar qarşısında ən çox dəyər qazanan pul vahidi olub, bu həftəyə də dəyər qazanmaqla başlayıb.

Belə ki, ötən həftə cümə axşamı gününə qədər 8,60 ətrafında hərəkət edən dollar/TL məzənnəsi, açıqlanan ABŞ inflyasiya məlumatından sonra geriləyərək həftəni 8,39 ətrafında bağlamışdı.

Dollar/Tl məzənnəsi bu gün 8,31-ə qədər düşüb. 

 

Bütün xəbərlər